Dünyada hər 10 qadından 7-si dəri problemləri ilə mübarizə aparır.
Dəriyə qulluq dedikdə, ağlımıza ilk növbədə badam yağı, gül yağı, nar
yağı kimi populyar vasitələr gəlir. Ancaq dəri üçün faydalı yağlardan
biri də moruq yağıdır.
Vətəninfo.az publika.az-a istinadən moruq yağının faydalarını təqdim edir:
Moruq yağının tərkibindəki E və C vitaminləri dərinin yenilənməsini
təmin edir. Dərini qidalandırır və gəncləşdirir. Ölü hüceyrələri
təmizləyir. Yaşlılığın əlamətlərini aradan qaldırır.
Bəs, moruq yağından necə istifadə etmək lazımdır?
Bunun üçün ən yaxşı üsul ondan müxtəlif maskalar hazırlayıb üzə çəkməkdir.
Moruq yağı və süd maskası
Tərkibi:
1 xörək qaşığı təzə süd
3 damcı moruq yağı
Hazırlanması və tətbiqi:
Südlə moruq yağını qarışdırın. Daha sonra maskanı üz və boyun dərisinə
çəkib masaj edin. 15 dəqiqə gözlədikdən sonra əgər dəriniz yağlıdırsa,
üzünüzü ilıq su ilə yuyun. Yox, əgər dəriniz qurudursa, maskanı
isladılmış pambıqla təmizləyin.
Bu maskanı həftədə bir dəfə çəkin.
Qeyd edək ki, gecə yatmazdan öncə çəkdiyiniz nəmləndirici kremin
içərisinə 2-3 damcı moruq yağı əlavə etsəniz, səhərlər dəriniz daha
sağlam və gözəl görünəcək.
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…