Moskva Azərbaycanla Ermənistanı danışıqlara çağırır

Moskva Azərbaycanla Ermənistanı danışıqlara çağırır

Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqindən imtinaya və kompromislərin əldə edilməsi üçün siyasi iradə nümayiş etdirməyə çağırır.

Vətəninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu bəyanatla Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

"Təəssüf ki, münaqişə zonasında o situasiyanın kəskinləşməsi, o cümlədən mülki əhali arasında qurbanların olması siyasi dialoqun bərpasını mürəkkəbləşdirir. Biz sonrakı eskalasiyanın sadəcə olaraq yolverilməz olduğunu hesab edirik. Tərəfləri güc tətbiqindən imtinaya, kompromislərin əldə edilməsi üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq”- deyə Rusiya XİN rəsmisi bildirib.

Zaxarovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin aprel-may aylarında Moskvaya səfəri zamanı ətraflı şəkildə nəzərdən keçirilib.

"Bu məsələ xarici işlər naziri Sergey Lavrovun da xarici ölkələrdən həmkarları ilə cari təmasları zamanı müzakirə predmetidir. Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı əməkdaşlıq şəraitində işləyirik.

Bu günlərdə BMT Baş Assambleyasının sessiyası çərçivəsində Rusiya xarici işlər naziri ilə Minsk Qrupunun həmsədrləri görüş keçirdilər və münaqişənin nizamlanması yollarını müzakirə etdilər”- Mariya Zaxarova deyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az