Moskva paradı başladı-Video

Moskva paradı başladı-Video

Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbçiləri salamlayıb.

Bu gün Rusiyanın paytaxtı Moskvada Böyük Vətən müharibəsində qazanılan qələbənin 71 illiyi münasibətilə təntənəli parad keçirilir. Parad Bakı vaxtı ilə saat 11:00-da Qırmızı Meydanda başlayıb. 

İlk olaraq Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbçiləri salamlayıb. Daha sonra o, prezident Vladimir Putinə raport verib və Moskva qarnizonunun hərbçilərinin parada hazır olduğunu deyib.

Meydandan ənənəyə uyğun olaraq bütün qoşun növlərinin təmsilçiləri keçəcək. Tədbirdə 10 minə yaxın insanın iştirak edəcəyi gözlənilir. Paradda 135-ə yaxın hərbi texnika keçidi olacaq, Kreml üzərindən 71 təyyarə və helikopter uçacaq. 

İlk dəfə olaraq paradda hərbçi qadınların - Müdafiə Nazirliyinin Hərbi universitetinin tələbələrinin də keçidi olacaq. 

Zirehli texnikalara gəldikdə meydandan Т-14 "Armata" tankı, zirehli döyüş maşını "Kurqanets-25", "Rakuşka", özüyeriyən haubitsa "Koalitsiya-SB", ZRS С-400 "Triumf" və s. keçəcək. 
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az