Moskva və Tehran arasında mühüm saziş imzalandı

Moskva və Tehran arasında mühüm saziş imzalandı

Rusiya və İran arasında aviasiya mühərriklərinin və qaz turbinlərinin birgə istehsalına dair saziş imzalanıb.

Vətəninfo.az məlumat verir ki, APA-nın "RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bunu "Sputnik” agentliyinə müsahibəsində İranın müdafiə nazirinin müavini Mənuçöhr Manteqi bildirib.

Nazir müavini İranın Rusiya mühərrikləri üçün geniş bazara çevriləcəyini və qaz turbinli mühərriklərin istehsalının təkmilləşdirilməsinə öz töhvəsini verə biləcəyini qeyd edib.

Saziş Moskva ətrafındakı Jukovskidə keçirilmiş "MAKS-2015” aviasalonu çərçivəsində imzalanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az