MSK-nın tərkibi dəyişir

MSK-nın tərkibi dəyişir
Azərbaycan Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılır.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı sənəd aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.
 
"Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzləyici üzvlərinin seçilməsi haqqında” layihədə V çağırışda Milli Məclisə nümayəndələri seçilmiş partiyaları MSK-da təmsil edəcək namizədlər əks olunub. 

V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Vəhdət Partiyası və Demokratik İslahatlar Partiyasından deputatlar var. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az