MSK sabah Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi məsələsinə baxacaq

MSK sabah Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi məsələsinə baxacaq
Sabah, oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

"Report”un xəbərinə görə, iclasda Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxacaq və qərar qəbul edəcək.
Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib.
Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az