Müdafiə naziri cəbhə xəttində + Fotolar
Yanvarın 12-də müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Müdafiə Nazirliyi xəbər verir ki, O, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrində qarşı tərəfin mövqelərini müşahidə edib.
Şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə növbətçiliyi yoxlayan nazir hərbi qulluqçuların mənəvi-psixoloji hazırlıq və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazirə ön xətdə yerləşən bölmələrin içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunduğu haqda məlumat verilib.
Nazirlik rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərdən birində yerli sakinlərlə də görüşüb.
Miq.Az