Müdafiə nazirləri görüşəcək - Qəbələdə

Müdafiə nazirləri görüşəcək - Qəbələdə

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Qəbələdə görüşü planlaşdırılır.
Miq.az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az