Müdafiə Nazirliyinin rəisi vəzifədən getdi

Müdafiə Nazirliyinin rəisi vəzifədən getdi
Bəzi kütləvi informasiya vasitələri "Gizli dinləmələrin qalmaqalı” sərlövhəli "sensasiya” xarakterli materiallar yayıblar.
Vizual.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, haqqında bəhs edilən Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub. Onun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.
Məlumatda qeyd edilir ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur. Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə növbəti dəfə müraciət edərək, onları daha diqqətli və məsuliyyətli olmağa, yalan və şayiələri yaymamağa çağırır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az