Müdafiə Nazirliyinin sabiq idarə rəisi vəfat etdi

Müdafiə Nazirliyinin sabiq idarə rəisi vəfat etdi
Azərbaycan Müdafiə Nazirliyinin (MN) İşlər İdarəsinin sabiq rəisi, polkovnik Azad Əsədov dünyasını dəyişib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib.
A.Əsədov 59 yaşında vəfat edib.
Polkovnik Bakıdakı qəbiristanlıqlardan birində torpağa tapşırılıb. Dəfn mərasimində MN-in nümayəndələri və mərhumun yaxınları iştirak edib.
Qeyd edək ki, A.Əsədov 1956-cı il yanvarın 2-də Lənkəran rayonunda anadan olub. O, MN-in İşlər İdarəsinin rəisi vəzifəsinə 2013-cü ildə təyin edilmişdi. Polkovnik xəstəliyi ilə əlaqədar bu il öz xahişi ilə vəzifəsindən azad edilib.
Allah rəhmət eləsin!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az