Müəllimlər nə vaxtdan axşamadək məktəbdə olacaq? - Nazirdən cavab

Müəllimlər nə vaxtdan axşamadək məktəbdə olacaq? - Nazirdən cavab
"Tam ştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək”.

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda konseptual mərhələdir: "Bu mərhələ ondan ibarətdir ki, mövcud saathesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik”.

Nazir əlavə edib ki, məqsəd Azərbaycan müəlliminin məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etməsidir:

"Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın”.
 
******
 
 

Əksər kənd məktəblərində müəllim çatışmazlığı var - Emin Əmrullayev
Əksər kənd məktəblərində bəzi fənlər, xüsusilə musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var. 

Miq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

"Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”.

Nazirin sözlərinə görə, məsələnin mahiyyəti dəyişməlidir: "Yəni, saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna müyyən qədər zaman, illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az