Müharibədə nə qədər rus əsgəri iştirak edir? - Pentaqon açıqladı

Müharibədə nə qədər rus əsgəri iştirak edir? - Pentaqon açıqladı

Rusiya müharibədən əvvəl sərhədə cəmləşdirdiyi ordusunun 95 faizini Ukrayna torpaqlarına daxil edib.

Miq.Az xəbər verir ki, bu barədə Pentaqondan bildirilib.

Pentaqonun məlumatına görə, Rusiyanın işğaldan əvvəl Ukrayna sərhədləri yaxınlığında topladığı qüvvə və vasitələrinin 95%-i döyüşlərə cəlb olunub.

İki gün əvvəl bu göstərici təxminən 92% idi.

Eyni zamanda, Pentaqon Rusiya qoşunlarının ötən günlə müqayisədə əhəmiyyətli irəliləyişini hiss etməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az