Tanınmış müğənni Arzu Mələyin paytaxt restoranlarının birində ad günü mərasimi keçirilib.
Vətəninfo.az xəbər verir ki, Publika.az- ın məlumatına görə, mərasim sonda xoşagəlməz hadisə ilə başa çatıb.
Belə ki, tanınmış müğənni Musa Musayevlə Nazəninin prodüsseri Pərvizin sözü çəp gəlib. Nəticədə tərəflər yumruq davasına çıxıb. Bir - birini al - qana qərq edən müğənni və prodüsseri zorla sakitləşdiriblər.
Davaya isə Nazəninin prodüsserinin Musa Musayevi söyməsi səbəb olub.
Aldığımız məlumata görə, tərəflər arasında əvvəllərdə ədavət olub. "İnstagram" səhifəsində Nazəninin prodüsseri Musa Musayevi təhqir edib.
MüğənniTəranə Qumral bir neçə dəqiqə öncə həyat yoldaşı Musa Musayevin Nazəninin prodüseri Pərvizlə əlbəyaxa davasından danışıb. Sənətçi Publika.az-a açıqlamasında baş verənləri belə izah edib:
“Neçə vaxtdır bizimlə ədavət aparırlar. Bilmirəm, bölə bilmədikləri nələri var. Yalları artıq düşüb, yoxsa pulları? Nazəninin bir prodüseri var. Heç bilinmir ki, qadındır, yoxsa, kişi. Özünü bilmirəm, nə yerə qoyub? Kimin çantasını daşıyırsan, get, daşı da. Bizimlə nə işin var? Öz instaqram profilində nalayiq sözlər yazıb şəklimizn altına. Ağrımayan başımıza dəsmal bağlayırlar. Məclisdə oturmuşduq,Nazəninin podüseri Pərviz söyüş elədi, Musa da onu vurdu. Sonra ara qarışdı, o, bunu,bu da onu vurdu. Mən də Musanı götürüb gəldim evə”.
Təranə Qumral bildirib ki, davada Musa Musayev burnundan xəsarət alıb:
“İstəsəm, bu dəqiqə təcili yardım çağıraram. Amma pislik etmək istəmirəm. İmkan vermirlər ki, rahat oturaq. Allah bunlara bildiyi kimi çəkdirsin. Nə istəyirlər bizdən? Musanın burnu partlayıb. Pərvizin xəsarətlərindən xəbərim yoxdur. Ümumiyyətlə, davaya qarışmadım, heç yaxın da durmadım. Hamı da gördü. Oturduğum yerdən tərpənmədim”.