Müşahidə missiyasının rəhbəri Azərbaycandan “şikayətçi”dir: “Bizə qoşunların hərəkətini müşahidə etməyə imkan vermirlər”

Müşahidə missiyasının rəhbəri Azərbaycandan “şikayətçi”dir: “Bizə qoşunların hərəkətini müşahidə etməyə imkan vermirlər”


Azərbaycan-Ermənistan sərhəddində yerləşmiş Avropa İttifaqının müşahidə missiyasının rəhbəri Markus Ritter bölgədə baş verən hadisələrdən danışıb. JAMAZ.İNFO xəbər verir ki, o, Almaniyanın "Deutsche Welle” qəzetinə verdiyi müsahibəsində Azərbaycandan "şikayət” edib.

Ritter qeyd edib ki, bir çox ermənilər missiyanın yerləşdirilməsindən məmnun olsalar da, müşahidəçilər Azərbaycan ərazisinə buraxılmır. "Ona görə də onlar, məsələn, növbəti hücuma hazırlaşan qoşunların hərəkətini müşahidə edə bilmirlər”.

Müşahid missisyasının rəhbəri deyib ki, 2020-ci ildən bəri Ermənistan-Azərbaycan atəşkəs rejimi kövrəkdir və erməni mülki əhali yeni eskalasiyadan qorxur. "Bir çox erməni Azərbaycanın yazda hücuma keçəcəyinə inanır. Bu baş verməsə, missiyamız artıq uğurlu hesab etmək olar”.

P.S. Görünür, Ritterin ya hərbidən xəbəri yoxdur, ya da ağlı azdır. Çünki heç bir ölkə ordusunun harada yerləşdiyi, hərəkət istiqaməti barədə başqa bir ölkəyə məlumat verməz. Azərbaycan da haqlı olaraq öz qoşunları barədə müşahidə missiyasına heç bir məlumat vermir və ərazidə müşahidə aparmalarına şərait yaratmır./jamaz.info/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az