Azər Badamov
"Çünki tənzimlənməyən qiymətləri bazar müəyyən edir, tənzimlənən qiymətlər isə Tarif Şurasının səlahiyyətindədir. Bu səbəbdən sözügedən məsələ ictimai dinləmələrin predmeti ola bilməz”.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, Azərbaycanda ictimai müzakirə mühiti zəifləyib:
Natiq Cəfərli
"Ölkədə ictimai müzakirələrin səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. QHT-lər, siyasi partiyalar və digər ictimai institutlar arasında fikir mübadiləsi zəifdir. Baxmayaraq ki, siyasi partiyalarla Prezident Administrasiyası arasında müəyyən görüşlər keçirilir və bu, olduqca dəyərlidir, bu görüşlərdə əsasən siyasi və ictimai məsələlər müzakirə olunur. İqtisadi mövzuların ayrıca müzakirə ediləcəyi platformalara ehtiyac var. Prezident Administrasiyası bu baxımdan açıq mövqe nümayiş etdirir, lakin hökumətin iqtisadi bloku bu cür müzakirələrə açıq deyil. Nəticədə qəribə bir vəziyyət yaranıb. Halbuki hökumətin iqtisadi komandası da siyasi partiyalarla dialoqa girsə, bu, həm rezonans doğurar, həm də daha effektli nəticələr verə bilər”.