Müxalifətə qarşı böyük repressiya - Partiyanın aparıcı üzvləri həbs olundu
Tacikistan polisi ölkənin əsas müxalifət partiyası İslam Dirçəlisi Partiyasının bütün aparıcı üzvlərini həbs edib.
Vətəninfo.az Avropa.info-ya istinadla
xəbər verir ki, partiyanın birinci müavinləri Məhmədəli Hait, Səidumar
Hüseyni, siyasi şuranın üzvü Vohidhon Kosiddinov, məşhur ilahiyyatçı
Zubaydullo Rozik həbs olunublar.
Bundan əlavə partiyanın rayon
şöbələri üzrə kordinatoru Rəhmətullo Rəcəb və hüquqi məsələlər üzrə
məsləhətçi Zarafo Rəhmoni, "Nacot” qəzetinin baş redaktoru Abdukkaxor
Davlat saxlanılıblar.