Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov müxalifətin keçirdiyi son mitinqlərə münasibət bildirib. “Vətəninfo.az”-ın məlumatına görə, YAP rəsmisi bildirib ki, Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq hüququnun təmin edilməsi üçün lazım olan bütün işləri görüb:
“Müxalifətçilər mitinqlərini keçirmək istəyəndə keçirirlər, tərəfdarlarını toplayırlar, onların qarşısında çıxışlar edirlər. Əgər onların keçirdiyi mitinqə az sayda adam gəlirsə, hesab edirəm ki, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur”.
Ə.Əhmədov əlavə edib ki, mitinqlərin harada keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qəbul etdiyi qərar var:
“Hesab edirəm ki, mərkəzdə mitinq keçirmək söhbəti ilə əslində mitinqlərinin uğursuzluğa düçar olduğunu gizlətməyə çalışırlar. Mitinqin harada keçirilməsi yox, onun insanlar tərəfindən nə qədər dəstəklənməsi əhəmiyyətlidir. Azərbaycan müxalifətinin 35-40 təşkilatı mitinq təşkil edir. Orada 1000-1500 nəfər yığılır. Təsəvvür edin ki, hər təşkilatdan 30-40 nəfər gedir. Elə hər təşkilat təmsilçilərinin ailə üzvləri yığılanda 2000 nəfər yığılmış olur. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti müxalifətin təşkil etdiyi mitinqdə iştirak etmək istəmir. Yəni onların ictimai dəstəyi, sosial bazası yoxdur. Onların mərkəzi yer istəməklə bağlı bəyanatlarını keçirdikləri mitinqlərin iflasa uğradığının üstünün örtülməsi kimi qiymətləndirirəm”.
Oral MƏDƏNÇİ
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...