Natiq Cəfərli: “Öz yazdığını özü satmağa çalışan yazar-çizərlər 27 milyon nüsxə ilə kitabları çap olunmuş yazıçını aşağılayır”

Natiq Cəfərli: “Öz yazdığını özü satmağa çalışan yazar-çizərlər 27 milyon nüsxə ilə kitabları çap olunmuş yazıçını aşağılayır”

 "Unikal toplumuq, dünyada 32 dildə 27 milyon nüsxə ilə kitabları çap olunmuş yazıçını, öz yazdığını özü satmağa çalışan yazar-çizərlər aşağılayır. İllərdir, xaricdə yaşayanlar məmləkətdə hər problemə dözüb qalan, bacardığı qədər mübarizə aparanları mitinqə çıxmamaqda, aktiv olmamaqda suçlayır, 30 il müxalifətdə olanlar ağıllı sifət alıb uğur qazanmağın yollardan danışır, divanda oturan orduya necə davranmasını öyrədir. İllərdir şəxsi uğur hekayəsi yarada bilməyən bunun günahını özündən başqa hamıda görür...”

 

Pravda.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

 

"Siyahını uzada da bilərəm, amma mənzərə dəyişməyəcək, çünki sistem eynidir. Sistemin oyun qaydaları eyni olanda, dəyişməyəndə, insanların davranış və düşüncəsi də dəyişmir. İnsanların düşüncəsi dəyişmədikcə də sistem yerində qalır – əcəb "epoxaya” düşüb "kısır döngədə” fırlanana-fırlana qalmışıq...”, - bildirib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az