NATO və ABŞ-a GÜC NÜMAYİŞİ – Yeni hərbi blok yaradılır

NATO və ABŞ-a GÜC NÜMAYİŞİ – Yeni hərbi blok yaradılır

Avropa Birliyinə üzv ölkələrin müdafiə imkanlarının uyğunlaşdırılması üçün vaxt gəlib.
 
Publika.az  "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin plenar iclasında çıxış edən Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.
 
"Lissabon müqaviləsi Avropa Birliyinin üzvlərinə  müdafiə imkanlarını daimi struktur formada birləşdirməyə imkan verir. Hesab edirəm ki, bu imkandan istifadə etmək vaxtı çatıb”, - o, vurğulayıb.
 
Yunkerin sözlərinə görə, müdafiə sahəsində Avropa Birliyi ölkələri arasında əməkdaşlığın həcmi cəmi 20 milyon avrodan 100 milyon avroya qədərdir və kifayət etmir: "Müdafiənin möhkəmliyinə zəmanət vermək üçün Avropanın müdafiə sənayesi öz qabiliyyətini sübut etməlidir. Buna görə də tədqiqatları və innovasiyaları fəal şəkildə stimullaşdırmaq üçün ilin sonuna kimi Avropa Müdafiə Fondunu yaratmağı təklif edəcəyik”.
 
Siyasətçi həmçinin vahid qərargahın yaradılmasını təklif edib. Onun sözlərinə görə, Avropa İttifaqı "bir dövlətdən” və ya ayrı-ayrı ölkələrin hərbi imkanlarından asılı ola bilməz.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az