Naxçıvan gömrüklərində “Dəli Domrul” qanunları ləğv olundu: 50 kq. xiyar-badımcan erası bitdi

Naxçıvan gömrüklərində “Dəli Domrul” qanunları ləğv olundu: 50 kq. xiyar-badımcan erası bitdi

Məlum olduğu kimi, Naxçıvanın Sədərək gömrüyündə Dəli Domrul qanunları keçərli idi. Sərhəddən keçən hər kəs 50 kq. xiyar, badımcan və tərəvəz keçirməli və apardıqlarını Türkiyə tərəfdə Araz çayına atmalı idi.

Ovqat.com-un məlumatına görə, dünəndən 50 kq. xiyar-badımcan öhdəliyi ləğv olunub və Türkiyəyə səyahətə çıxanlar bu ölkəyə əliboş gedə bilərlər.

Bildirilir ki, İranla sərhəd də açılıb və bu ölkəyə gedən hər kəs geri qayıdanda özü ilə 30 kq. yemək məhsulları və 800 ABŞ dolları dəyərində məişət əşyaları gətirə bilər.

Naxçıvandan aldığımız digər məlumata görə, "Cahan” holdinqə yeni müfəttişlər gəlib. Onlar İstilik sistemləri zavodunda yoxlamalara başlayıblar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az