Naxçıvan-Türkiyə sərhədi açılıb, amma... - “50 kiloqram məhsul aparmasan, buraxmırlar”

Naxçıvan-Türkiyə sərhədi açılıb, amma... - “50 kiloqram məhsul aparmasan, buraxmırlar”
Naxçıvan üzərindən Türkiyə ilə quru sərhədinin tam açıldığı bildirilir.
Miq.Az bildirir ki, bu barədə "AzPolitika.info”-ya Naxçıvan sakinləri məlumat veriblər.
Naxçıvandakı mənbələr oktyabrın 1-dən Türkiyəyə gediş-gəlişin yenidən bərpa olunduğunu, lakin sərhədi keçmək üçün bir sıra tələblərin irəli sürüldüyünü bildiriblər: "Türkiyəyə getmək üçün mütləq şəkildə özünlə azı 50 kiloqram məhsul aparmalısan. Məhsul aparmaqdan imtina edən şəxsləri sərhəddən buraxmırlar. Öz cibimizdən pul verərək, üzüm, kələm, turp kimi meyvə-tərəvəz məhsullarını alıb Türkiyəyə aparırıq. Digər rayon qeydiyyatında olan şəxslər də bu üsulla sərhəddən buraxılırlar. Türkiyə tərəfdən gələnlər isə hər hansı bir maneə ilə üzləşmirlər. Deyilənə görə, noyabr ayının 1-dən bu maneələr tam aradan qaldırılacaq”.
Mövzuyla bağlı Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Aftandil Abbasov açıqlamasında sərhədin bağlı olaraq qaldığını və hələlik bu barədə heç bir dəyişikliyin olmadığını bildirib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 20 iyunda verdiyi qərara əsasən, iyulun 1-dən sentyabrın 1-dək Naxçıvan Muxtar Respublikası ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri iki ay müddətinə sərnişin daşımalarına qapadılmışdı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az