Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Naxçıvan şəhər Poliklinikasının Baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.

Miq.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov müvafiq əmri imzalayıb.

Onun digər əmri ilə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az