Naxçıvandan Ermənistana keçən iki nəfər tutuldu

Naxçıvandan Ermənistana keçən iki nəfər tutuldu
Azərbaycan-Ermənistan dövlət sərhədini Naxçıvan istiqamətindən keçmiş iki Əfqanıstan vətəndaşı Ermənistanda həbs olunub.

Virtualaz.org xəbər verir ki, Basir Niyazi və Pərviz Kuçan adlı iki əfqan sərhədi qanunsuz keçmək ittihamı ilə məhkəməyə çıxarılıb. İttiham aktına əsasən bu il iyulun 24-də səhər tezdən həmin Əfqanıstan vətəndaşları Ermənistan ordusunun "N” saylı hərbi hissəsinin Naxçıvanla sərhəddəki döyüş postunun yaxınlığındakı sahədən "müvafiq sənədlər olmadan” keçərək ölkə ərazisinə daxil olublar. Ermənistan polisi onları sərhədyanı Yerasx kəndinin ərazisində aşkar edib. Əfqanıstan vətəndaşlarına sərhədi qanunsuz keçmək maddəsi ilə ittiham irəli sürülüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az