Nazim İbrahimovun qardaşının şirkətinin özbaşınalıqları - VİDEO

Nazim İbrahimovun qardaşının şirkətinin özbaşınalıqları - VİDEO

Bakı şəhər, Nərimanov rayon sakinləri "Nehrəm” MTK-nın özbaşınalıqlarından şikayətçidirlər.

Miq.Az xəbər verir ki, bu barədə sakinlər "Reaksiya Tv"-yə bildiriblər ki, sözügedən MTK-nın Nərimanov rayonu, Həsən Əliyev 33, Məhəllə 945-də inşa etdirdiyi yeni və köhnə çoxmərtəbəli yaşayış binaları arasında ara məsafəsi qorunmur, həmçinin yeni binanın tikintisində təhlükəsizlik qaydalarına əməl olunmur.

Sakinlərə satılan binadakı mənzillərin çıxarışı sahiblərinə verilmir. Əhalinin "Nehrəm” MTK-ya verdiyi kommunal ödənişlər isə aidiyyatı dövlət qurumlarına ödənilmir.

Qeyd edək ki, "Nehrəm” MTK-nın təsisçisi "ATV" televiziyasının sabiq prezidenti Tağı İbrahimovdur.(unikal.org)

 

 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az