Nazirlik ermənilərin cəbhədəki gərginliklə bağlı yaydığı məlumatlara aydınlıq gətirdi

Nazirlik ermənilərin cəbhədəki gərginliklə bağlı yaydığı məlumatlara aydınlıq gətirdi

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə gərginliyin yaranması ilə bağlı erməni tərəfin yaydığı məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyi mətbuat xidmətindən Miq.Az-a verilən məlumata görə, guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur: "Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az