Nazirlik təsdiqlədi: DTX-nin saxladığı birinci müavin işdədir, digərləri də...

Nazirlik təsdiqlədi: DTX-nin saxladığı birinci müavin işdədir, digərləri də...

Bir sıra informasiya resurslarında noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxlanıldığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyevin işə çıxması ilə bağlı xəbərlər yayılıb.

Publika.az məsələni dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən saytımıza bildirilib ki, nazirin birinci müavini Elnur Əliyevin işə çıxmaması üçün heç bir səbəb yoxdur:

"İşə çıxmaması üçün hansı səbəb var idi ki?! Rəsmi açıqlamalarda işə çıxmaması ilə bağlı heç bir əsaslı məlumat paylaşılmayıb. Ümumiyyətlə, bu barədə heç bir rəsmi açıqlama verilməyib. Amma nazirin birinci müavini Elnur Əliyevin işə çıxmamağına heç bir səbəb görmürəm. Ona görə də niyə işə çıxmasın ki!? Digər şəxslərlə bağlı da onu deyə bilərəm ki, ümumiyyətlə, işinin başında olmalı şəxslər işə çıxıblar".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az