“Nə “yol xəritəsi”? Gedin oturun İlham Əliyevlə qərar verin, yoxsa pis olacaq” –Lukaşenko Paşinyana sərt cavab verdi

“Nə “yol xəritəsi”? Gedin oturun İlham Əliyevlə qərar verin, yoxsa pis olacaq” –Lukaşenko Paşinyana sərt cavab verdi

Ermənistanın Baş naziri Paşinyan KTMT-nin bu günkü növbədənkar iclasında üzv ölkələr qarşısında iki məsələ qaldırıb. 

Azpost.info bildirir ki, bu barədə Belarus prezidenti Lukaşenko iclasda çıxışı zamanı deyib.

"Siz bizim qarşımızda iki məsələ qoymusunuz. Birinci: "Baş verənlərin qiymət verilməsi və KTMT-nin mövqeyi”. Siz bizdən mövqeyimizi müəyyən etməyi tələb etmisiniz. Siz məgər bizim mövqeyimizi bilmirisniz? Biz istəyirik ki, qonşu dövlətlər arasında münaqişə dinc yolla həll olunsun”-deyə Lukaşenko bildirib.

"İkinci məsələ: "Ermənistanın ərazi bütövlüyünün bərpa olunması üçün "yol xəritəsi” verin”. Hansı "yol xəritəsi? Bu barədə sizə dərhal cavab verirəm: Gedin oturun İlham Əliyevlə…Əgər lazımdırsa Rusiya prezidentnə müraciət edin və  qərar qəbul edin.  Bu gün qərar qəbul etməsəniz pis olacaq. Siz bunu yəqin başa düşürsünüz. Bizə bu münaqişə laızm deyil”-deyə Lukaşenko bildirib.

"Siz iki məsələ qaldırmısınız. Onlar çox qəribədir”-deyə Lukaşenko Paşinyana deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az