Neftçalada avtomobil zavodunun əsası qoyuldu

Neftçalada avtomobil zavodunun əsası qoyuldu
Neftçala sənaye parkında avtomobil üzrə Azərbaycan-İran birgə zavodunun təməlqoyma mərasimi baş tutub. Zavod Azərbaycanın "AzEuroCar" və İranın "Iran Khodro" birgə layihəsidir.

Layihənin ümumi dəyəri 22,5 miyon manatdır. Zavod 10 hektar ərazidə tikiləcək.

"AzEuroCar" təsisçisi Emin Axundov bildirib ki, ilikn mərhələdə zavodda 330 nəfər işlə təmin ediləcək, növbəti mərhələdə bu rəqəm 500 nəfərə çatdırılacaq.

E.Axundovun sözlərinə görə, istehsal edilən avtomobillərin 20 faizi ixrac ediləcək: "İllik gücü 10 min avtomobil olan zavodda Samand, Soren, Dena və Runna modelləri istesal ediləcək. ("Trend”)

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az