“Neftçi” - “Baltsan” oyununun biletləri - Satışda

“Neftçi” - “Baltsan” oyununun biletləri - Satışda
Avroliqanın I təsnifat mərhələsi çərçivəsində "Neftçi” və Maltanın "Baltsan” komandaları arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb.

AzNews.az-ın məlumatına görə, biletlərə 1 manat, 3 manat və VİP yerlər üçün 10 manat qiymət qoyulub. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, iyulun 7-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Baltsan” oyunu saat 20:00-da başlayacaq. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az