Nəhəng dövlət müəssisəsində kütləvi ixtisarlar

Nəhəng dövlət müəssisəsində kütləvi ixtisarlar

Nazirlər Kabineti  "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib.

Qərara əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ekologiya İdarəsi "Bakı Sukanal” İdarəsinə, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, "Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən ediliblər.  "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Mingəçevir Sukanal” İdarəsi və "Şirvan Sukanal” İdarəsi "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil ediliblər.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nazirlər Kabinetinin bu qərarı faktiki olaraq "Azərsu”da kütləvi ixtisarları şərtləndirir. Hakimiyyət maliyyə böhranı başlayandan ən müxtəlif üsullarla büdcə təşkilatlarında ixtisarlar aparır. Bu üsullardan biri də struktur dəyişiklikləridir. "Azərsu”da aparılan bu dəyişikliklər də xeyli əməkdaşın işsiz qalması ilə nəticələnəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az