Nəyimə gərəksən bu gündən belə...

Nəyimə gərəksən bu gündən belə...

Bu gün dünyada Sevgililər günü qeyd olunur. Sevgililər sevgilərini qorumaq üçün nə etməlidirlər? Bu sualla hüquqşünas Elmira Məmmədovaya müraciət etdik. Elmira xanımın Vətəninfo.az-a söylədikləri: “Sevginin insan həyatında rolu böyükdür. İnsan sevəndə onun həyat eşqi daha güclü olur, ruhu təzələnir, qəlbində arzular çağlayır. Sevgini qoruyub saxlamaq üçün mübarizə aparmaq lazımdır. Mübarizədən çəkilənlər aciz insanlardı. Düzdür, hər dövrdə, hər zamanda sevənləri ayırmağa cəhd edənlər olub və var. Bu təbii ki, qibtə, paxıllıq və qısqanclıqdan doğan səbəblərdir. O qədər xoşbəxt ailələri dağıdıblar ki... Bəzən ailədə gəlin-qayınana problemi, gəlin-baldız qarşıdurması, məşuqələrin ortaya çıxması, alfonsların müdaxiləsi ailələrin dağılmasına gətirib çıxarır. Sevgi olan yerdə xəyanətdən söz gedə bilməz. Əgər xəyanət varsa, gec-tez həmin ailədə problemlər püskürəcək. Bəzən müxtəlif səbəblər üzündən cəzaçəkmə müəssisələrinə düşən gənclərin ailələri boşanmağa cəhd edirlər. Bu da iradəsizlikdən doğur. Sevginin sərhədi yoxdur. Sevgiyə sərhəd var. İnsan ömrünü elə yaşamalıdır ki, qocalanda öz hesabatında mənfi və müsbət cəhətlərini toplayaraq son qərarında fərmanını özü versin – bu ömrü mən şərəfləmi yaşadım? Bəzən rəfiqələrin müdaxiləsi ülvi bir sevgini uçuruma aparır. Kimlərisə kimdənsə ayırmaq və buna sevinmək özü ən böyük günahdır. Sevgi günahları sevmir. Günahsız günahkarların sayını artırmağa çalışanlara bir sözüm var – Allahdan qorxun. Elə sevib, elə yaşayın ki, sevdiyiniz insana deməyin – nəyimə gərəksən bu gündən belə? Bəzən hər hansı bir əsəbi, stresi daxilimizdən atmaq üçün qəddar addımlar atırıq. Sevdiyimiz insan bəzən ömürlük həsrətimizə çevrilir və bu həsrət əzab verir. Ömürlük həsrətə çevrilən sevgilər bu gün vüsala qovuşsun. Bütün sevənlər xoşbəxt olsun. Sevənləri ayırmağa çalışmayın. Ailələr dağıtmayın. Dedi-qodulara, söz-söhbətlərə uymayın. Bir də unutmayın ki, hər qaranlıq gecənin aydın sabahı var. Bayramınız mübarək, ürəkdən sevənlər! Qəlblərini sındırıb parça-parça etdiyiniz insanlara qayıdın. Onları unutmayın. Dünənin xatirələrini unutmaq olarmı?”.

Alim Nəbioğlu

Araz Hacıyev

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az