Nikol: Yeni savaşdan qaçmaq üçün buna hazıram

Nikol: Yeni savaşdan qaçmaq üçün buna hazıram

Uzunmüddətli perspektivdə yeni müharibənin ortaya çıxmasını əngəlləmək üçün Qarabağ konfliktinin yekun nizamlanmasına hazıram.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu üzvü olan ölkələr də "ərazi mübahisəsi”nin yekun həllində israrlıdır, çünki konflikt yenidən alovlana bilər:

"Bu, fövqəladə çətin işdi. Bunun üçün zərbələri üzərinə götürmək qabiliyyətində olan siyasi iradə lazımdır. Xalqla açıq dialoq lazımdır. Biz bu yolla gedəcəyik”.

Qeyd edək ki, "ərazi mübahisəsi” deyilən bir anlayış yoxdur – Qarabağ istisnasız olaraq bütün dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınır, sərhəddə baş verənlər isə demarkasiya və delimitasiyadır və Ermənistan illərdir qanunsuz olaraq zəbt etdiyi ərazilərdən geri çəkilməlidir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az