Nikolayeva istiqamətində 3 məntəqə azad edildi - Ruslar geri çəkildi

Nikolayeva istiqamətində 3 məntəqə azad edildi - Ruslar geri çəkildi

Nikolayev rayonunda Ukrayna Silahlı Qüvvələri yenidən üç yaşayış məntəqəsini tam nəzarətə götürüb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qaraşenko bildirib.

"Şirokoye kəndi və iki kənd - Novopetrovka və Lyubino yenidən Ukrayna ordusunun tam nəzarətindədir”, - DİN rəsmisi Teleqramda paylaşım edib.

Eyni zamanda o, yaşayış məntəqələrinin Ukrayna ordusunun nəzarətinə necə keçdiyini dəqiq açıqlamayıb.

"Ukrayna Silahlı Qüvvələri Snegirevkanın qərbində yerləşən üç kəndə: Şirokoye, Lyubino və Novopetrovkaya tam nəzarəti bərpa edib”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin "Cənub” Əməliyyat Komandanlığının "Facebook”da dərc etdiyi məlumata görə, Xerson vilayətində düşmən Novaya Zarya və Tavriyskoye kəndləri yaxınlığında Nikolayevşina istiqamətində irəliləməyə cəhd edib, lakin itki verərək geri çəkilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az