Nikolun imtinası blokunu dağıdır: daha 3 deputat gedir

Nikolun imtinası blokunu dağıdır: daha 3 deputat gedir

Ermənistanın hakim Mənim Addımım Blokunun ötən həftə baş tutan toplantısı sakit keçməyib.

Miq.Az xəbər verir ki, bu məlumatı "Qraparak” qəzeti yayıb. Məlumata görə, Paşinyanın növbədənkənar seçkidən imtina etməsi blok üzvləri arasında narazılıq yaradıb. Blokun bir sıra üzvləri seçkinin vacib olduğunu və hətta özlərinə qarşı fiziki təzyiqlərin gücləndiyini bildirib.

İclas zamanı, həmçinin seçkinin tərəfdarı olan deputatlar arasında söz mübahisəsi də yaranıb.

Qəzet məhz bu iclasdan sonra blokdan daha 3 deputatın çıxmağa hazırlaşdığını bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az