Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin britaniyalı jurnalistlərin Avropa Oyunlarında akreditə olunmaması ilə bağlı dediklərinə münasibət bildirib.
“Dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb. Görünür Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf” deyə N.Məmmədov öz “Twitter” səhifəsində qeyd edib.
Xatırladaq ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq “Turan”a açıqlamasında bəzi Britaniya jurnalistlərinin oyunları işıqlandırmaq üçün akkreditasiya almadıqlarını və bunun biabırçılıq olduğunu qeyd edib.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE