NÜVƏDƏN sonra ikinci silah-GÜCÜNƏ və MİQYASINA görə
Silahın tətbiqindən sonra müqavimət göstərməyə qadir heç nə qalmır
Müasir yaylım atəşi sistemləri ən çox yayılan və satılan silah olmaqla yanaşı eyni zamanda ən güclü silahdır. "Tornado-S” və "Tornado-Q” baş konstruktoru Vitali Xomenokun sözlərinə əsasən, adıçəkilən maşınların tam atəşi göstəricilərinə əsasən, nüvə silahından sonra ikinci yerdə durur.
Dağıntı miqyası baxımından nüvə silahının bənzəri yoxdur, lakin qarşıda rəqibin möhkəmləndirilmiş ərazisini "Yer üzündən silmək” və ya düşmənin bir bölük zirehli texnikasını bir dəfəyə məhv etmək məqsəd olaraq durursa, o zaman reaktiv artilleriya "müharibə kraliçasıdır”.
Raketdəki partlayıcı maddənin gücü indiyə qədər məxfi saxlanılır, lakin "Tornado-S” və "Smerç”in tam atəşinin bir neçə ton partlayıcı maddəyə bərabər olduğu məlumdur. Atəş nəticəsində 67,6 hektar sahə hücum təsirinə məruz qalır. Silahın tətbiqindən sonra müqavimət göstərməyə qadir heç nə qalmır.
Tam təsəvvür yaratmaq üçün qeyd edək ki, 67 hektar təxminən 100 futbol meydançası sahəsinə bərabərdir. Bütün bu ərazini "təmizləmək” üçün "Tornado-S” kompleksinin yalnız bir atəşi kifayətdir.
Dünya hərbçiləri 1964-cü ildə SSRİ-də yaradılan "Qrad” yaylım atəşi sistemi ilə yaxından tanışdırlar. Bu həqiqətən dəhşətli silah idi, heç bir potensial rəqib ona qarşı müvafiq göstəricilərə malik silah qoya bilmirdi. "Qrad” sistemi döyüş növbəsində 40 ildən artıq durduğundan onu əvəzləmək zamanı yetişdi. "Tornado” yaylım atəşi sistemi onu əvəzlədi.
İlk reaktiv yaylım atəşi sistemi "Qrad” effektivliyini 1969-cu ildə Damansk adasında çinlilərlə münaqişə zamanı nümayiş etdirdi. O zaman açılan bir neçə atəş bütün ada sahəsini "şumlanmış” əraziyə çevirdi. Sovet İttifaqı adasını ələ keçirmək üçün göndərilən çinlilərdən heç biri sağ qalmadı. Lakin indiyə qədər çinlilərin orada neçə nəfər itirdikləri məlum deyil. Hərbi tarixçilərin ehtimalına əsasən, itkilərin sayı 3 min əsgər və zabitə bərabərdir.
"Tornado-Q” "Qrad”, "Tornado-S”, "Smerç”in "Tornado-U” isə "Uraqan”ın təkmilləşdirilmiş variantıdır.
Bütün kompleks üç maşından ibarətdir. Buraxma qurğulu döyüş, mərmiləri daşıyan və döyüş maşınına dolduran nəqliyyat- doldurma və komanda maşını. Atəşin idarəsi məhz komanda maşınından həyata keçirilir.
Sələflərindən ("Qrad”, "Uraqan”, "Smerç”) fərqli olaraq "Tornado” peyk tuşlama sisteminə malikdir. Məhz bunun sayəsinə hədəfdən yayınma halları daha az olacaq.
Yeni raket sistemlərində əvvəlkilərdə qeydə alınan bütün çatışmazlıqlar nəzərə alınıb. Aşağıdakı parametrləri təkmilləşdirilib:
- Maksimal uçuş məsafəsi – 200 km
- Atəşdən sonra mövqeni tərketmə zamanı təxminən 5 dəfə azaldılıb. "Tornado” yaylım atəşi raket sistemi maksimal atəş məsafəsi zamanı mərmi hədəfə dəyməmiş mövqeyini tərk edə biləcək.
- Tətbiq edilən mərmilər spektrı nəzərəçarpacaq dərəcədə genişləndirilib.
- Çoxlu sayda elektron idarəetmə, tuşlama və naviqasiya sistemləri əlavə edilib. Maşın heyəti üç nəfərdən ikiyə endirilib.
- Avtomatlaşdırılmış atəş idarəetmə sistemi quraşdırılıb.
- Avtomatik atəş idarəsi.
"Tornado-S” yaylım atəşi sistemi mərmilərinin uçuş məsafəsi sələflərini üç dəfə qabaqlayır. İndi mərmilərdən hər biri uçuş idarəetmə sistemi ilə təchiz olunub. Bu, hədəfdənyayınmanın mümkünlüyünü nəzərəçarpacaq dərəcədə azaldır. Bununla belə mərmilər müxtəlif içliyə malik ola bilər: kumulyativ, qəlpələnən, özühədəfalan döyüş elementləri, tank əleyhinə minalar və hətta uçan pilotsuz aparatlar.
Bu, qarşıya qoyulan daha çox hədəfi vurmağa imkan verir. Təcrübəyə əsasən, yaylım atəşi sistemi hədəfə silsilə atəş açdıqdan sayılı dəqiqələr sonra sistemin yerləşdiyi yer güclü bombardmana məruz qalır. Bu isə öz növbəsində nə maşına, nə də onun heyətinə sağ qalmağa imkan vermir. Məhz bu səbəbdən atılan mərmilərdən birincisi hədəfə dəyənə qədər "Tornado” mövqeyini dəyişə bilir.
Kompleksin özü sonuncu mərmi hədəfi məhv edərək partladığı anda atəş açılan yerdən bir neçə km uzaqlaşa bilir. Bütün bunlar "Tornado”nu həqiqətdə özünə rəqib tanımayan dəhşətli silah edir.
122 mm-lik yeni "Tornado-Q” yaylım atəşi raket sistemi (YARS) döyüş effektivliyi baxımından "Qrad” YARS-ı 2,5-3 dəfə üstələyir. 300 mm-lik "Tornado-S” YARS tam hazır olduqdan sonra effektivlik baxımından "Smerç” YARS-ı 3-4 dəfə üstələyəcək./interaztv.com/
Miq.az