Obama: “NATO müttəfiqlərinin hər birini qoruyacaq”

Obama: “NATO müttəfiqlərinin hər birini qoruyacaq”
 NATO müttəfiqlərinin hamısını qorumağa hazır olduğunu bir daha təsdiqləyir.
 
APA-nın "RİA  Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.
 
"NATO dayandırma strategiyasını möhkəmləndirir. Alyans bununla açıq-aydın xəbərdarlıq edir ki,  biz müttəfiqlərimizin hər birini qoruyacağıq”,  - deyə Obama bildirib.    
 
Obama NATO-nun dayandırma strategiyasının möhkəmləndirilməsinə NATO-nun Avropadakı müttəfiqlərinə ABŞ tərəfindən  yardım proqramının genişləndirilməsi və digər addımları aid edib.
 
"Biz sadəcə NATO Nizamnaməsinin ümumi təhlükəsizliyə dair 5-ci maddəsi çərçivəsində öz öhdəliklərimizi təsdiqlədik. Bununla əlaqədar biz kollektiv təhlükəsizliyi daha ciddi şəkildə gücləndirməyə başlamışıq”, - deyə Obama  qeyd edib.  
 
Obama həmçinin Alyansın şərq cinahda iştirakı məsələsində irəlilədiyini qeyd edib.   

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az