Onkoginekoloqların I Bakı forumu keçirilir
Aprelin 4-də Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin böyük konfrans zalında onkoginekoloqların I Bakı forumu öz işinə başlayıb.
Miq.az AZƏRTAC-a istinadən xəbər verir ki, forumda dünyanın tanınmış onkoginekoloqlarının iştirakı ilə uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalara dair müzakirələr aparılır.
İki gün davam edəcək forumda "Onkoginekologiyada müasir texnologiyalar”, "Neoplaziyanın elmi aspektləri”, "Uşaqlıq boynunun fiziologiyası və patologiyası”, "Kolposkopiyada çətin vəziyyətlər: hamiləlik, atrofiya, iltihab”, "Hormonlar və epitelial displaziya” və s. mövzularda tanınmış alim və professorların məruzələri dinləniləcək. Həmçinin kolposkopiya və fiziocərrahiyyə ilə bağlı ustad dərsləri təşkil olunacaq.
Miq.az