Onlar 2425 manat maaş alacaq - Fərman

Onlar 2425 manat maaş alacaq - Fərman

Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

Miq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilmsi barədə Fərman imzalayıb.

Fərmanla Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2 425 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl yuxarıda sadalanan şəxslərin aylıq vəzifə maaşları 2 410 manat müəyyən edilmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az