Oqtay Əsədov: “Bu səsvermə bir yoxlamadır”

Oqtay Əsədov: “Bu səsvermə bir yoxlamadır”

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da referendumda iştirak edib. 
 
Report xəbər verir ki, spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsinə gəlib. O.Əsədov Bakının 7 saylı məktəbində yerləşən seçki məntəqəsində səs verib.
 
Oqtay Əsədov jurnalistlərə açıqlamasında seçkinin gedişatını səhər tezdən müşahidə etdiyini deyib:
 
"Səsvermə prosesi yüksək səviyyədə gedir və inanıram ki, günün axırına bu referendumda öz əksini tapan dəyişiklər tam halda qəbul olunacaq. Bu səsvermə bir yoxlamadır. Bu referendum ölkənin gələcək inkişafını təmin edəcək".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az