Livan paytaxtı Beyrut şəhərində zibillərin yığılmaması etirazçılarla polis arasında toqquşmalara səbəb olub.
Vətəninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, Beyrutda "zibil böhranı” zibilyığan şirkətin fəaliyyətini dayandırması nəticəsində ortaya çıxıb.
Hakimiyyət
problemi həll edə bilmədikdə Beyrut küçələrində zibil topaları yığılıb.
Küçədə qalan zibilin yoluxucu xəstəliklərə səbəb olam ehtimalı var.
"Zibil
böhranı” üzündən dünən Beyrutda keçirilən mitinqə mindən çox adam
yığışıb. Hakimiyyətin fəaliyyətsizliyini tənqid edən etirazçılar baş
nazirin iqamətgahı qarşısında yığışıblar.
Maska taxmış
etirazçılar polisə daş və qum doldurulmuş butulkalar atan zaman polis
təzyiqli su və gözyaşardan bomba ilə aksiyanı dağıdıb. 70 nəfərdən çox
adam yaralanıb.
Baş nazir Tamam Selam aksiyaçılarla görüşəcəyini
deyib. Aksiyanı təşkil edən "Qorxursunuz” hərəkatının lideri Coy Ajub
polisə daş atan maskalı şəxslərlə əlaqələrinin olmadığını deyib.
Livan
ordusunun mətbuat katibi Yozef Musallim Beyrutda təhlükəsizliyi qorumaq
üçün ordunun hərəkətə keçdiyini bildirib. "Əl-Ərəbiyə” kanalının
bildirdiyinə görə ordu iki meydana çevrəyə alıb.
Livanda sosial
partlayışa səbəb olan əsas problem Suriya vətəndaş müharibəsi
başlayandan sonra bu ölkə 1 milyon 200 suriyalı qaçqının köçməsidir.
Livanda onsuz da pis olan su, elektrik, səhiyyə problemi qaçqınların
gəlişi ilə bərbad vəziyyətə düşüb.
Hadisəyə şərh verən baş nazir deyib ki, hadisədə günahkar olanların hamısı cavab verəcək. Kimsə cəzasız qalmayacaq.
"Məsələ zibil deyil. Daha böyük siyasi zibil problemləri var”.
O, etirazçılardan bütün siyasi qüvvələri hədəf almalarını, kimsə tərəfindən alət olmamağını xahiş edib.


