Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər

Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər

Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib.

Miq.az xəbər verir ki, Fərhad İbrahimli idarə etdiyi "VAZ-2107” markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.

***
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sürücü İbrahimli Fərhad Vüqar oğlu da hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri olub.

Fotoda Emin Məmmədov


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az