Yay aylarında yedik-içdik, indi isə orqanizmi qışa hazırlamaq vaxtıdır. Qarşıdan gələn mövsümdə özünüzü gümrah hiss etmək, qrip və soyuqdəymədən qorunmaq, hər kəs üşüyərkən təmiz və soyuq havanın dadını çıxarmaq istəyirsinizsə, mütləq detoks etməlisiniz.
Orqanizmi təmizləyib, immuniteti gücləndirən ən effektli detoks reseptlərini təqdim edirik:
Armudlu detoks
Tərkibi:
1 ədəd armud
1 alma
Yarım stəkan manqo və ya portağal şirəsi
Hazırlanması:
Sadalananları blenderdən keçirib hər gün 1 stəkan için. Bu detoks orqanizmi vitaminlərlə təmin edir. Tərkibində A, C, E vitaminləri, B qrupu vitaminləri olduğundan immuniteti gücləndirir, yaşlanmanın qarşısını alır. Bu detoksun 1 stəkanı sadəcə 192 kaloridir.
Zəncəfilli detoks
Tərkibi:
Bir neçə dilim zəncəfil
1 ədəd yerkökü
1 ədəd çuğundur
Yarım alma
Hazırlanması:
Almanı, kökü və çuğunduru blenderdən keçirin. Zəncəfili əlavə edib təkrar qarışdırın. Bu içkinin 1 stəkanı sadəcə 155 kaloridir. Gündə 2 stəkan içmək olar.
Kartoflu detoks
Tərkibi:
1 ədəd alma
Yarım portağal
Bir neçə ədəd badam (badamları bir saat ilıq suda saxlamalısınız)
Yarım şirin kartof
Hazırlanması:
Bu detoks gündəlik zülal və kalium ehtiyacının böyük hissəsini təmin edir. Göstərilən meyvə və tərəvəzləri blenderdən keçirin. Gün ərizndə özünüzü yorğun hiss etdikcə için.
Qeyd edək ki, detoks zamanı gün ərzində 2 litr su içməli və sadə salatlar (duzsuz, yağsız, pendirsiz) yeməlisiniz.
Publika.az