“Oğru dünyası”na YENİ QADAĞA gəldi: Kriminal "generallar" İstanbula toplaşdı - "Lotu Quli " razılaşacaqmı?

“Oğru dünyası”na YENİ QADAĞA gəldi: Kriminal

Kriminal dünyaya yeni qadağa gəlib.

Rusiya mətbuatı bildirir ki, kriminal "generallar" Türkiyədə böyük "sxodka”ya toplaşıb. Toplantıda 30-a yaxın "oğru"nun istirak etdiyi bildirilir.

Kriminal "generallar” İstanbulun ətrafındakı villalardan birində keçirilib. Toplaşanlar arasında Ramaz, Koba, Mateviç, İrakli, Qişaşo, Paata, Beso, Aslan və başqaları toplaşıb.

"Sxodka" iştrakçıları əvvəlcədən Dato Surqutski və Teymuraz Nemsiçveridzenin hərəkətini müzakirə üçün toplaşıb. Məhz bu iki nəfər Səmərqənddən olan Ədhəmin "taclandırılması"na razılıq verib. Ancaq şəxs ətrafında dərhal qalmaqal yarandığından onun statusu bir neçə gün sonra ləğv edilib. Buna görə də "sxodka"da müzakirə mövzusunu dəyişən "oğru"lar 2015-ci ildə İrəvandakı "sxodka”da alınan qərarın müddətini uzadıblar. Beləliklə, 2026-cı ilə qədər "taclandırma" mərasimlərinə qadağa qoyulması qərara alınıb. Məhz bu müddətə qədər özünü kriminal dünyada "1 N” elan edən Kürd Şakro həbsdən çıxacaq. 

İndi əsas məsələ "Lotu Quli” ləqəbli Nadir Səlifovun bu qərara münasibətidir./Cebhe.info /

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az