Oğul məhkum atasına dovğanın içində narkotik ötürmək istədi

Oğul məhkum atasına dovğanın içində narkotik ötürmək istədi
Kokain aşkar edilərək götürülüb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seyid-Hüseyn Mirmehti oğlu Ağamiyə oğlu Şirvan şəhər sakini Mirmövsüm Seyid-Hüseyn oğlu Ağami tərəfindən gətirilmiş sovqata və əşyalara baxış keçirilən zaman plastik qabda olan dovğanın içərisində gizlədilmiş 4 ədəd sellofan bükülüdən ümumi çəkisi 1.663 qram olan narkotik maddə - kokain aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə göndərilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az