"Çox təkəbbürlü idi" - Deputat işdən çıxarılan generaldan danışdı

"Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi, general-mayor İlqar Abbasov. Çox təkəbbürlü idi".

Miq.az "Unikal"a istinadla xəbər verir ki, bunu Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

"O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, cənab Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı", - deyə deputat bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az