Pandemiya mayda təsirini itirəcək - Psixoloq

Pandemiya mayda təsirini itirəcək - Psixoloq

Karantin rejiminin uzadılması baş verərsə, insanlar bunu faciə kimi qəbul etməməlidirlər. Ən pis halda may ayında koronavirus öz təsirini itirməyə başlayacaq.

Miq.Az xəbər verir ki, bu sözləri psixoloq Hüseyn Xəlilov karantin rejiminin insanlara təsirləri barədə Modern.az-a geniş açıqlamasında bildirib. Psixoloq əlavə edib ki, bu məqamda əsas məsələ soyuqqanlılığımızı qorumaqdır:

"Hər kəs öz təfəkküründə dərk etməlidir ki, bu vəziyyət uzunmüddətli deyil. Epidemiya müəyyən bir zaman çərçivəsində mövcud ola bilər. Sonra mütləq bitəcək. Biz yenidən öz həyatımıza qayıdacağıq. İşə gedəcək, dostlarımızla görüşəcəyik. Bu karantin müddətində isə imkanımız var ki, əvvəldən ertələdiyimiz işləri evdə oturub, həll edə bilək. Beləliklə, həyatımız öz axarında daha yaxşı, daha templə davam edəcək”.

Uşaqların da koronavirus söz-söhbətindən gərginlik keçirdiyini vurğulayan H.Xəlilov məsləhət görüb ki, valideynlər övladlarını mümkün qədər neqativ yüklü informasiyalardan uzaq tutsunlar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az