Papanın səfəri Ermənistanı bir-birinə qatdı - Etirazlar

Papanın səfəri Ermənistanı bir-birinə qatdı - Etirazlar
Roma Papasının Ermənistana üç günlük səfəri maraqlı hadisələrlə yadda qalıb.
 
Axar.az xəbər verir ki, səfər zamanı Vatikan liderinin Ermənistanın katolik mərkəzi sayılan Gümrüdə olarkən "Latın liturgiyası” mərasimini keçirməsi, qriqoryan məzhəbli xristian və rəsmilərin də orada iştirakı Ermənistan ictimaiyyətinin narazılığına səbəb olub.
 
Bildirilir ki, hakimiyyətin xalqın inanclarını heçə sayıb, qriqoryan məzhəbindən imtina edərək, katolik məzhəbinə yer verməsi erməniləri özündən çıxarıb.
 
Məlumata görə, Səkisyan və xanımı dünya katoliklərinin dini rəhbərinin kortejini İrəvandakı "Sisernakaberd” xatirə kompleksinin yerləşdiyi yüksəklikdə qarşılayarkən Rita Sərkisyanın qaydalara uyğun geyimdə olmaması, başını və sinə nahiyəsini açıq qoyması Roma Papasına hörmətsizlik kimi qiymətləndirilib.
 
Qeyd edək ki, Roma Papasının Ermənistana səfəri iyunun 24-də başlayıb. Fransisk İrəvanda yazılı mətndə olmamasına baxmayaraq, şifahi nitqində "erməni soyqırımı” ifadəsindən istifadə edib. Səfər 26 iyun tarixində başa çatıb. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az