Parlamentin həyətində inək otardılar - Qəribə aksiya (FOTOLAR)

Parlamentin həyətində inək otardılar - Qəribə aksiya (FOTOLAR)
Almaniyanın paytaxtı Berlində "Qrinpis" və Kənd Təsərrüfatı üzrə İşçi Qrupu adlı təşkilatların fəalları inəklərin tövlələrdə saxlanılmasına etiraz etmək məqsədilə qəribə aksiya keçirib.

 

Modern.az xəbər verir ki, nümayişçilər inək sürüsünü Almaniya parlamentinin (Bundestaq) binasının qarşısındakı otlaq əraziyə gətiriblər.

 

Aksiya iştirakçıları "İnəklər otlaqda” yazılmış plakatlar açaraq heyvanları parlamentin qarşısındakı çəmənlikdə otarıblar.

 

Etirazçılar bildiriblər ki, Almaniyada inəklər ilin 70%-i tövlədə qalmaq məcburiyyətində olurlar və bu qərar dəyişdirilməlidir. Onlar siyasətçilərdən fermerlərə dəstək verilməsini tələb ediblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az