Parlamentin qarşısında partlayış: 30 yaralı

Parlamentin qarşısında partlayış: 30 yaralı

Ukrayna Ali Radasının qarşısında partlayış baş verib.

Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, etirazçılar parlament binasında olan hüquq-mühafizə orqanları əməkdaşları tərəfində tüstü bombaları atırlar.

112.ua portalının məlumatına görə, Ali Rada yaxınlığında Milli Qvardiyanın əsgərlərinin olduğu əraziyə qumbara atılıb. Partlayış nəticəsində 15 əsgər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Digər məlumata görə isə yaralıların sayı bundan daha çoxdur - 30 nəfər. Bu haqda Ukraynanın UNİAN agentliyi məlumat yayıb.

Yaralananların sayı haqda məlumat qeyri-rəsmi mənbələrə əsasən yayılıb. Xəbərə görə, 10-a yaxın asayiş keşikçisi xəsarət alıb. Onlar ayaq, qol, göz və baş nahiyələrindən yaralanıblar. Milislərdən birinin ayağı dizindən üzülüb.

Hazırda Ukrayna parlamenti qarşısında etiraz aksiyaları davam etdirilir.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az